Azərbaycanca По-русски In english
Uşağınız gündə iki saatdan çox televizora baxarsa

Uşağınız gündə iki saatdan çox televizora baxarsa
İngiltərə Glasgow Universitedində gənc uşaqlarda televizor izləmə müddətinin bronxial astma inkişafı ilə bağlı olub olmadığını araşdıran elm adamları, gündə 2 saat televizor izləyən uşaqların 6 faizində, bronxial astma ola biləcəklərini göstərən nəticələr əldə etdikləri, gündə 2 saatdan çox televizor izləyən uşaqlarda isə haradasa iki qat daha çox bronxial astma ola biləcəyinə diqqət çəkdilər.

Ən böyük fakt hərəkətsiz yaşam

İstanbul Alerji Mərkəzi Həkimlərdən, Uşaq Alerji, İmmünolojo və Uşaq Sinə Xəstəlikləri Mütəxəsisi Ahmet Akçay: “ Televizor izləyərkən hərəkətsiz yaşamın, ekran qarşısındakı yeyilən yeməklər alergiya və bronxial astma xəstəliklərinə səbəb olur. Xüsusilə, valideynlərin, üç ilə on iki yaşındaki uşaqların televizor vərdişləri məsələsində şikayətləri olduğuna, köklüyün cidi xəstəliklərə səbəb ola biləcək” söylədi.

Köklük və bronxial astma uşaqlıq çağının ən sıx görülən iki vacib xəstəliyidir.
Professor Həkim Akçay: “Köklüyün mexaniki, immünoloji təsirləri, hormonlardakı dəyişiklik, ortaq genetika, pəhriz və fiziki fəaliyyətlərin azalması kimi təsirlər astmaya səbəb olur. Köklük artıq yağ ilə sinəyə basqı etməkdədir. Sinə nahiyyəsində yağ yığılması ağciyərlərdə qan dövranına təsir edir. Bronxların genişlənmə qabiliyyətini azaldır. Köklük yağ hüceyrələri astma səbəb olan bəzi maddələr yaratmaqdadır. Bunların başında leptin hormonu gəlməkdədir. Köklük leptin miqdarını artırır və leptin də ağciyərlərdə, broxlarda iltihaba səbəb olur. Kökluk astmaya pis təsir edir, çünki qastro-ezofageal reflyuks xəstəliyini artırır bu da astmanı ağırlaşdırır. Yuxu pozulması, qanda yağ miqdarı artımı, təzyiq yüksəkliyi və şəkərə səbəb olaraq yenə astmanı pis istiqamətdə təsir edir.” dedi.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Aktyor evsizlərə çörək və şorba verdi - foto

"Geniş ailə" serialından tanınan aktyor Fırat Tanış ibratamiz hərəkət edib. Axşam.az-ın Türkiyə...

Diş həkiminə gedərkən çox diqqətli olun - Hepatit C-yə yoluxa bilərsiniz...

Hepatit C eyni adlı virusun orqanizmdə törətdiyi qaraciyər xəstəliyidir. Xəstəlik bir neçə həftə...

Bu da Özcan Dənizin 19 yaşlı sevgilisi - foto

Həm aktyor, həm də müğənni kimi fəaliyyət göstərən Özcan Dənizin yeni eşq yaşadığı bildirilir. ...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.