Azərbaycanca По-русски In english
Qonaq gəlmişik olmaz, sakit ol!..

Qonaq gəlmişik olmaz, sakit ol!..
“Mama..

- Qonaq gəlmişik olmaz, sakit ol!.. “

Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir. Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi…

Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər.

Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: “evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır.

Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…”

Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə “ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır.

Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə “bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq.

Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa “indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Tənbəllər üçün ən effektiv arıqlama üsulu - Resept

Bəzi insanlarda maddələr mübadiləsi anadangəlmə sürətli gedir. Lakin əfsuslar olsun ki, hamı bu...

Xanımlar üçün lazımlı məsləhətlər

Gözəl görünmək üçün bahalı salonlara getmək, çoxlu pul xərcləmək əsas deyil. Təmizlik, səliqəli...

Yol polisindən sürücülərə nömrələrlə bağlı MÜRACİƏT

DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.