Azərbaycanca По-русски In english
“Bayılda sürüşmə zonasındakı evlər söküləcək...” - Rəsmi

“Bayılda sürüşmə zonasındakı evlər söküləcək...” - Rəsmi
Bayılda baş verən sürüşmə ilə əlaqədar orta məktəb binasında müvəqqəti yerləşdirilmiş ailələr də yaxın bir neçə gün ərzində kirayə evlərə köçürüləcəklər.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

İ.Kərimov bildirib ki, ərazidən köçürüləcək sakinlərə kirayə pulu veriləcək:

"Hazırda sürüşmə zonasında mütəxəssislər işləyirlər. Onlar ərazidəki vəziyyətlə bağlı rəy verəcəklər. Həmin araşdırma aparılan müddətdə - bunun neçə ay olacağını bilmirəm - Nazirlər Kabinet (NK) tərəfindən bu ailələrin kirayə pullarının verilməsi təmin ediləcək. Ondan sonra mütəxəssislərin rəyinə uyğun olaraq, NK hansı qərarı qəbul etsə, biz icracı orqan olaraq, onu icra edəcəyik".

İ.Kərimov deyib ki, əgər mütəxəssislər ərazidə möhkəmləndirmə işləri aparılmaqla yaşayış üçün təhlükənin aradan qalxdığını müəyyən etsələr, onda sakinlər qeyri-qanuni inşa etdikləri evlərinə qayıda biləcəklər. Mütəxəssislər ərazidə yaşayışın mümkün olmadığını və köçürülmənin vacib olduğunu müəyyən etsələr, icra hakimiyyəti oradakı evləri sökərək sakinləri köçürəcək:

"Həmin ərazidə evlərin demək olar ki, 99 faizinin sənədi yoxdur. Orada yaşayanların 34-ü qaçqın ailəsidir".скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

ASAN Xidmət uşaqlarla bağlı yeni layihəyə başlayıb

“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib. Bu barədə "Report"a...

Uşağın gündəlik qulluq qaydası necə olmalıdır?

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir,...

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Hər bir ailənin uşaq böyütmə və tərbiyələndirmə üsulu fərqlidir. Əgər valideyn həddən çox...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.