Azərbaycanca По-русски In english
Sabah şaxta gözlənilir

Sabah şaxta gözlənilir
Sabah, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, lakin axşam və gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

“Cümə” məscidi ətrafında qalmaqal

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini...

Azərbaycanda dərman reseptləri belə yazılacaq - Qayda təsdiqləndi

Azərbaycanda dərman vasitələrinə reseptlərin yazılması qaydası təsdiqlənib. AZXEBER.COM-un APA-ya...

Uşağım qucağımdan düşmür

İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.