Azərbaycanca По-русски In english
Sabah Ay tutulacaq

Sabah Ay tutulacaq
Sabah bu ilin ilk Ay tutulması hadisəsi qeydə alınacaq.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-a verilən məlumata görə, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.

Tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq:

“Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək”.

Rəsədxanadan bildiriblər ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq:

“İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq”.

Qeyd edək ki, ikinci Ay tutulması bu il iyulun 28-də baş verəcək.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bağ eviniz üçün 20 maraqlı əşya - fotolar

Bağ mövsümü artıq başlayıb. Kənddə yaşayanlar və bağ evləri olanlar isti yay günlərində özlərini...

Sulutepe yolunda agir yol qezasi bas verib

sulutepe yolunda agir yol qezasi bas verib bir az evvel. mersedes evvelce direye cirpilib yolun...

Ermənilər atəşkəs rejimini 142 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.