Azərbaycanca По-русски In english
Dördüncü sinif şagirdi intihar edib

Dördüncü sinif şagirdi intihar edib
Zaqatalada IV sinif şagirdi intihar edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin IV sinif şagirdi idi.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Nura Suri prezidentin qızları ilə bir arada - FOTO

Müğənni Nura Suri prezident İlham Əliyevin qızları Arzu və Leyla Əliyeva ilə bir araya gəlib. ...

Bakı Metropoliteni qatarların intervalında dəyişiklik etdi

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı...

Bakıda boya satışı ilə məşğul olan şəxsə qarşı 22 min manatlıq dələduzluq edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda boya satışı ilə məşğul olan şəxsə qarşı 22 min manatlıq...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.