Azərbaycanca По-русски In english
Su ilə dolu planet aşkarlandı

Su ilə dolu planet aşkarlandı
Beynəlxalq astronom komandası ilk dəfə olaraq “Hubble” teleskopundan istifadə etməklə ekzoplanetin atmosferini ətraflı şəkildə təsvir edib. Ölçü baxımdan Saturna bənzəyən WASP-39b kimyəvi tərkib baxımından Günəş sisteminin planetlərindən fərqlənir.

Oxu.Az xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.

WASP-39b Yer planetindən 700 işıq ili uzaqlıqdadır. Ekzoplanet günəşəbənzər ulduz ətrafında dövrə vurur və “qaynar saturnlar” – kiçik sıxlıqlı qaz nəhəngləri qəbilindəndir. Öz ulduzuna nisbi olaraq çox yaxın məsafədə yerləşir. Onun atmosferində bulud olmadığından kosmik rəsədxanaya ekzoplanetin hava təbəqəsində hopma spektrlarını müəyyənləşdirməyə kömək olub.

Tədqiqatçılar planetdə su buxarının izlərini aşkarlayıb; buxar miqdarının Saturndakından 3 dəfə çox olduğu bildirilir. Bundan savayı, ekzoplanetin atmosferində ağır elementlərin əlamətləri görünüb ki, bu da planetin vaxtaşırı olaraq çoxsaylı kometa “hücumlarına” məruz qaldığını deməyə əsas verir. Adı çəkilən kosmik obyekt Merkuri planeti ilə Günəş arasında olan məsafə ilə müqayisədə, öz ulduzuna səkkiz dəfə yaxındır.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs saxlanılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda pnevmatik tapançadan atəş açaraq xuliqanlıq edən şəxs...

Alpinistlərin axtarışına Türkiyə də qoşuldu

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin...

Bakıda bahalı uşaq bağçalarının qiymətləri – SİYAHI

Azərbaycanda özəl uşaq bağçalarında aylıq ödənişlərin baha olması illərdir müzakirə edilir. Hətta...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.