Azərbaycanca По-русски In english
Azərbaycanlı aparıcını küçənin ortasında döydülər

Azərbaycanlı aparıcını küçənin ortasında döydülər
Eks-aparıcı Sevinc Camalova bir kişi tərəfindən küçənin ortasında döyülüb.

Oxu.Az xəbər verir ki, Sevinc bu haqda özü xəbər yayıb. O bildirib ki, hazırda bunla bağlı polisə müraciət edib:

“Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, günorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Məsələnin axırına gedib çıxacam. Puluna və vəzifəsinə arxalanıb, məni tək görüb bunu etdi. Amma respublikamızda dərəbəylik deyil. Hər şey həllini tapacaq”.

Qeyd edək ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

20 ildir dağlarda çılpaq halda yaşayırdı

İslandiyanin Uiklou dağlarında 20 ildir heç bir insan üzü görmədən, çılpaq halda yaşayan 71 yaşlı...

Temperatur enəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə...

Bakıda 257 təhsil işçisi cəzalandırıldı

Son bir il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən Bakı şəhəri...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.