Azərbaycanca По-русски In english
Avropada spinnerlərin satışı dayandırıla bilər

Avropada spinnerlərin satışı dayandırıla bilər
Avropa Komissiyası spinnerləri insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarının siyahısına daxil edib.

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın illik hesabatında qeyd olunub.

“Stres çarxı”, bu və ya digər riskli məhsullar barədə bildiriş göndərən sistemə əlavə edilib.

Qaydaya görə, belə bildiriş Avropa İttifaqı ölkələri arasında zərərli mallar haqqında ani məlumat mübadiləsi aparmağa və onları operativ şəkildə satışdan çıxarmağa kömək edir.

Hər hansı Aİ ölkəsində müəyyən mal zərərli məhsul kimi tanındığı təqdirdə, bu barədə informasiya digər üzv dövlətlərə də yayılır.

Spinnerin təhlükəli mallar siyasına düşməsinə səbəb, içində azyaşlı uşağın uda biləcəyi xırda detalların olmasıdır.

Hesabatda qeyd olunur ki, bu xüsusilə elektrik işıqlandırma ilə təciz olunmuş, içində xırda batareyaları olan spinnerlərə şamil olunur. Onlar orqanizmə düşdükdə qida borusu və bağırsaqları yandıra bilər.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Xoşqədəm tək qaldı...Doğuş əkizlərini Bakıdan apardı , ÇÜNKİ ... - FOTO

Əməkdar jurnalist və tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı bu gün səhər saatlarında əkizlərini...

Evlənməyə hazırlaşan xanımlar və bəylər... - Bu xəbəri oxuyun!

Evliliyin uzun ömürlü olması üçün ailə qurmaq yaşının düzgün seçilməsi mütləqdir. Bəs evlənmək...

"Ayrılığ"ı Samira da oxudu

Müğənni Samira Allahverdi məşhur “Ayrılıq” mahnısını oxuyub. Axşam.az-ın məlumatına görə,...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.