Azərbaycanca По-русски In english
Yadplanetlilər ilə əlaqənin mümkünsüzlüyü isbat olundu

Yadplanetlilər ilə əlaqənin mümkünsüzlüyü isbat olundu
Frenk Dreykin rəhbərliyi altında bir qrup Amerikalı astronom belə bir nəticəyə gəlib ki, Yerin əhalisi yadplanetli sivilizasiyadan hər hansı siqnal qəbul etsə, həmin sivilizasiya artıq böyük ehtimalla mövcud olmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Science News”da elmi məqalə dərc olunacaq.

Tədqiqatçılar bunun üçün potensial yadplanetli siqnalının ötüb keçəcəyi qalaktika sahəsini hesablayıb. Dreykin sözlərinə görə, kosmik rəqəmlərlə yanaşdıqda sivilizasiyalar sürətli şəkildə qurulub-məhv olsa da, həmin sivilizasiyaların göndərdiyi siqnallar bütün Süd Yolunu ehtiva edir, uzun müddət kosmosda dolanır.

Nəticədə qalaktikanın böyük hissəsi artıq mövcud olmayan uzaq planetlərdən qaynaqlanan siqnallar ilə dolur.

Süd Yolunun diametri 100 min işıq ili təşkil edir. Halbuki günəş sistemi qalaktikanın mərkəzindən 26 min işıq ili aralıda yerləşir.

Alimlər hesab edir ki, radiosiqnal göndərməyə qadir olan inkişaf etmiş sivilizasiyaların əksəriyyəti 100 min ildən çox mövcud olmur. Ona görə, indiki zamanda yadplanetlilərdən siqnal qəbul etmək şansları az qala sıfıra bərabərdir.

“Bəşər övladı” kosmosa artıq 80 ilə yaxındır ki, siqnal göndərir. Halbuki həmin radiosiqnallar qalaktikanın təxmini sahəsinin heç 0,001 faizini əhatə etmir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

60 ildir ki, bədəninə su dəymir - fotolar

İranda yaşayan və Ginnesin rekordlar kitabına düşən 80 yaşlı İran sakini Amu Hacının 60 ildir ki,...

Safurə ilə ərinin yeni fotoları

“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı ilə yeni fotolarını paylaşıb. ...

Bakı bulvarında həyəcanlı anlar: qız özünü dənizə atdı

Bakı bulvarında gənc qız özünü öldürmək istəyib Dənizkənarı Milli Parkın ərazisində Nizami rayon...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.