Azərbaycanca По-русски In english
Ömrü uzatmağın asan yolu tapıldı

Ömrü uzatmağın asan yolu tapıldı
ABŞ-ın Dük universitetinin alimləri qısa müddətli fiziki yüklənmənin ürək-damar xəstəlikləri və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib.

Oxu.Az xəbər verir ki, araşdırma haqqında elmi məqalə “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Mütəxəssislər yaşı 40-dan yuxarı olan 4840 nəfərin müayinə nəticələrini təhlil edib. Könüllülər üzərində aparılan müşahidələr 2003-2006 illəri əhatə edib. Sınaqlarda iştirak edənlər gündəlik fiziki yüklənmə səviyyəsinin ölçülməsi məqsədilə akselometrlərlə təchiz olunub.

2011-ci ildə onlardan 4140 nəfəri sağ qalıb.

Məlum olub ki, fiziki aktivliyi günə 20 dəqiqədən az olan insanlarda erkən ölüm riski ən yüksək olub. Habelə bir saata yaxın fiziki fəallıq erkən ölüm riskini iki dəfə azaldıb.

Gündəlik 100 dəqiqəlik fiziki yüklənmə bu riski ümumiyyətlə 76 faiz azaldıb. Sınaqda iştirak edən yaşlıların sağlamlığına mütəmadi olaraq lift əvəzinə pilləkanlardan istifadə və sürətli yeriş müsbət təsir göstərib.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bakıda satılan 469 manatlıq ətir saxta çıxdı - İDDİA

"İdeal" adı kimi ideal olmayan ətirlər satır. Milli.Az xəbər verir ki, bunu qafqazinfo-ya...

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. Oxu.Az-ın məlumatına görə, müqəddəs...

Ömrü uzadan zülal tapılıb

Beynəlxalq tədqiqat qrupu özünəməxsus p62 zülalında stresdən qoruma ilə əlaqədar yığılan...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.