Azərbaycanca По-русски In english
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina etdi

Natali Portman İsrailin nüfuzlu mükafatından imtina etdi
Yəhudi əsilli amerikalı aktrisa Natali Portman “Yəhudi Nobel mükafatı” olan “Genesis”in təqdimetmə mərasimi üçün İsrailə getməkdən imtina edib. Buna səbəb iyunda keçirilən mərasim zamanı baş verən hadisələr olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat mükafatın rəsmi saytında dərc edilib.

Aktrisanın nümayəndəsinin sözlərinə görə, İsraildə keçirilən son təqdimetmə mərasimində baş verən hadisə Portmanı çox narahat edib və o, bu ölkədə keçiriləcək istənilən ictimai tədbirlərdə iştirakdan imtina edib.

Portmanın İsrailə getməkdən imtina etməsi ilə əlaqədar təşkilatçılar 2018-ci il iyunun 28-də planlaşdırılan tədbiri təxirə salıb.

Bir milyon dollar dəyərində olan “Genesis” mükafatının təqdimetmə mərasimi ilk dəfə 2012-ci ildə keçirilib. Layihəninin maliyyələşməsini dünyada ən iri yəhudi xeyriyyə təşkilatlarının biri olan “Genesis” fondu üzərinə götürüb.

Mükafat dünyada müxtəlif peşələr üzrə, eləcə də, elm və incəsənət sahəsində şöhrət qazanmış yəhudilərə və yəhudi əsilli şəxslərə verilir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Autizmli uşaqların moda gecəsi

Bakıda autizmli uşaqların iştirakı ilə “Autizm - fərqli və bizdən biri” adlı xeyriyyə xarakterli...

Barmaq sorma və digər sakitləşdirici tədbirləri

Yenicə doğulmuş dərrakəli uşaqlar cəld başa düşürlər ki, narahat olan kimi barmaq sorma üsulu...

Yer kürəsi nəhəng asteroid təhlükəsi ilə üzləşib

50 milyard tonluq asteroid Yer kürəsinə yaxınlaşmağa başlayıb....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.