Azərbaycanca По-русски In english
Zəhərli uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı - DİQQƏT

Zəhərli uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı - DİQQƏT
Zəhərli tullantıların təkrar istehsala qaytarılaraq bazarlara çıxarılması geniş rezonans doğurub. Xüsusilə də əldə edilən xammaldan uşaq ayaqqabılarının istehsalında istifadə edilməsi dünya mediasının gündəmini zəbt edib.

Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə azyaşlılar üçün istehsal edilən ayaqqabıların sağlamlığa zərərli olduğu təsbit edilib. İtaliyanın Milan şəhəri və ətraf rayonlarında aparılan araşdırmalar zamanı məlum olub ki, zərərli tullantılar qeyri-qanuni şəkildə yenidən istehsala qaytarılaraq xüsusi anbarlarda çalışan şəxslərə satılır. Həmin işlərdə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Məlumatda qeyd olunub ki, zərərli tullantılardan əldə edilən xammaldan uşaq ayaqqabılarının və bir sıra üst geyimlərinin istehsalında istifadə edilir. Bu səbəbdən ölkədə tullantı toplanılması ilə məşğul olan şirkətlərdə monitorinqlər aparılıb, onların bu tullantıları qanuni yollara toplayıb məhv etdikləri, yoxsa qeyri-qanuni şəkildə bəzi şirkətlərə satdıqaları araşdırılıb.

Eyni zamanda o da qeyd edilib ki, bu tullantılardan əldə edilən saxta "PVC" xammallar normal bazar qiymətindən 3 dəfə ucuz satıldığı üçün Türkiyə, Meksika, Kanada, Mərakeş və bir çox başqa ölkələrdə fəaliyyət göstərən şirkətlərin marağını cəlb edir. Şirkətlər bu xammallardan plastik sənayedə, uşaq ayaqqabısı və rezin çəkmə kimi çox sayda məhsulların istehsalında istifadə olunur.

Faktla bağlı cinayət işı açılıb, qeyri-qanuni tullantı ticarəti ilə məşğul olan 12 nəfər haqqında araşdırma başladılıb. 9 nəfər tutulub. Bu günə qədər bu yolla 2 milyon avroya yaxın gəlir əldə olunub.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Aygün Kazımova məşəl daşıyarkən - yeni fotolar

“Bakı 2015” Avropa Oyunlarının məşəli ötən gün paytaxta gətirilib. Axşam.az-ın məlumatına görə,...

İştahsız uşaqlar üçün faydalı - Məsləhətlər

Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı...

Telefonun uşaqlara zərəri

Günümüzdə telefon uşaq, yeniyetmə və gənclər üçün olmazsa olmaz texnologiya vasitəsidir. ABŞ-da...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.