Azərbaycanca По-русски In english
Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ
Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, havanın temperaturu 2-4°aşağı enəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20°, gündüz 22-25° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Streç sarıyaraq qarın və ayaq bölgələrini arıqlatmaq üsulu

Kosmetoloqlar bu üsulun, xüsusilə, qarın və ayaq bölgəsində təsirli olduğunu söyləyir....

Yalnız körpələrin sahib olduğu 10 SUPER GÜC

Hər birimiz yeni doğulan uşaqların nə qədər möhtəşəm və şirin olduqlarının fərqindəyik. Bu...

Bakı metropolitenindən xəbərdarlıq: O havanı içəri vursaq...

“Bakı Metropoliteni”ndə soyutma sistemi yoxdur”. Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.