Azərbaycanca По-русски In english
Badamdar sürüşmə zonasında son vəziyyət - YENİLƏNİB

Badamdar sürüşmə zonasında son vəziyyət - YENİLƏNİB
Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.az-a verilən məlumata görə, Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir:

“Sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində süxur qırıntıları yola doğru hərəkət edib. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb”.

12:24

Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.

Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

09:27

Badamdar şosesində sürüşmə zonasında aktivlik müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecəboyu davam edib:

“Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir”.

Qeyd edək ki, dünən ərazidə fərdi yaşayış evlərinin birinin hasarının 30 metrlik hissəsi uçub.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

"O səs Türkiyə"ni heyran edən Gülşən kimdir? - fotolar

Xəbər verdiyimiz kimi, dünən Azərbaycandan "O səs Türkiyə"yə qatılan Gülşən İbadova ifası ilə bütün...

Erməni silahlılarından cəbhədə NÖVBƏTİ TƏXRİBAT

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və...

Azərbaycanda dəhşətli partlayış - Təzyiq qadını evdən çölə atdı

Şəmkirdə yaşayış evində partlayış olub. Rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.