Azərbaycanca По-русски In english
Bu uşaqların birinci sinfə qəbulunda qeydiyyata ehtiyac yoxdur

Bu uşaqların birinci sinfə qəbulunda qeydiyyata ehtiyac yoxdur
Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qəbul üçün qeydiyyatına ehtiyac yoxdur.

Bu barədə Sonxeber.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

"Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur".

Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat isə martın 13-də başlayacaq.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

119 yaşlı nənənin təqaüdü kəsildi

İraq hökuməti 119 yaşı olan qadının təqaüdünün kəsilməsi barədə qərar verib. Süleymaniyyə...

Ermənistan ordusunun hərbçisi ölüb - YENİLƏNİB

Avqustun 20-də hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürülüb. ...

DİM xəbərdarlıq etdi: vaxtınız bitir!

Dövlət İmtahan Mərkəzi (DİM) kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib. ...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.