Azərbaycanca По-русски In english
Uşaqlarda sümük əzələ sistemi

Uşaqlarda sümük əzələ sistemi
Uşaqların sümük və əzələ sisteminin bir sıra özünəməxsus xüsusiyyətləri olur. Belə ki, yenidoğulmuşlarda sümüklər əsasən qığırdaq toxumasından ibarət olur, sümükləşmə prosesi uzun müddət ərzində, tədricən baş verir, əzələləri zəyif inkişaf etmiş olur. Əgər uşağınızın normal böyüməsini və sümüklərinin möhkəm olmasını istəyirsinizsə, onun normal qidalanmasını, kifayət qədər fiziki hərəkətlər etməsini, normal yuxusunu təmin edin. Sümüklərin baş inşaatçısı olan kalsiumu da yaddan çıxartmayın. Uşağa kalsiumu qida ilə yanaşı, həm də ayrıca olaraq kalsium preparatları şəklində vermək lazımdır. Bu preparatların tərkibinə kalsiumun orqanizm tərəfindən tam şəkildə mənimsənilməsini təmin edən D vitamini də əlavə edilir. Qeyd edək ki, bir çox həkimlər yay mövsümündə kalsium preparatı və D vitaminini qəbul etməyi məsləhət görmürlər. Çünki D vitamini günəş şüaları təsirindən orqanizmin özü tərəfindən emal edilir.
Hal hazırda sümük və əzələ sistemi patalogiyaları ilə doğulan uşaqların sayı kifayət qədər artmışdır. Bu səbəbdən ilkin olaraq bilavasitə doğuşdan sonra və körpənin 1 aylığında onu həkim ortopedin müayinəsindən keçirmək lazımdır. Bu, uşağın sümük və əzələ sistemində ola bilən patologiyanın vaxtında aşkar edilməsinə və vaxtında da olan müalicəyə başlanmasına imkan vermiş olar.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Uşağınızı dinləyərkən göz təması yaradın

Yaxşı bir yol göstərici olmağın birinci şərti uşaqlar ilə sağlam bir ünsiyyət qurmaqdır...

“Bakı 2015”in bağlanışından tam video

Ötən gün iyunun 12-dən keçirilən “Bakı 2015” Birinci Avropa Oyunlarının bağlanış mərasimi baş...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.