Azərbaycanca По-русски In english
Saçqırandan qurtulmağın yolları

Saçqırandan qurtulmağın yollarıXanımların əksəriyyəti haçalanmış, süpürgəyə bənzər saç ucları problemindən əziyyət çəkirlər. Saçlara saçqıran düşməsi nəticəsində bir çox xanımlar uzun, düz saçlarını quru, cansız saçlara qurban verirlər. Saçlarını kəsdirməyə cürət etməyən qızlar üçün haçalanmış saç uclarından xilas olmağın asan yollarını təqdim edirik. Saç diblərinin vəziyyəti Saçların hər gün şampunla yuyulması sonda saçların qurumasına səbəb olur. Saç dibinin vəziyyəti saçların parlaq çıxmasına kömək edir. Saçları açıq havada qurudun Saçların saç feni ilə yüksək istilikdə qurudulması tez qurumasına kömək olsa da, uclarını korlayır. Saçları fenlə qurudarkən aşağı temperatura qoyun və feni çox yaxından tutmayın. Ən yaxşısı, saçların öz təbii halı ilə qurudulmasıdır. Zeytun yağı sizin ən yaxşı dostunuzdur Zeytun yağı saç diblərini qidalandırır, saçları quruluqdan xilas edir. Zeytun yağını hind qozu və küncüt yağı ilə qarışdırıb istifadə edə bilərsiz. Saçlar yaşkən daramayın Saç quru ikən quruluşu fərqli olur. Saçların yaş ikən daranması onu qırılmağa meyli edir. Saçlar üçün sərt kimyəvi məhsullar istifadə etməyin Saç boyaları, saç düzləşdirən və digər kimyəvi tərkibli məhsullar saçların kövrək olmasına səbəb olur. Bu məhsullardan müntəzəm olaraq, tez-tez istifadə etmək saçların quruluşunu zədələyir və saçlar kövrək hala gəlir. Yox, əgər bu kimyəvi məhsullardan istifadə etmək istəyirsizsə, ilk əvvəl saçlarınızı gücləndirəcək maskalar edin ki, kimyəvi təsirlərə tab gətirə bilsin. Saç qalınlaşdırıcılar Şampunların tərkibində olan saç qalınlaşdırıcı elementlər saçların diametrini artıran və saçları gücləndirən parafinlərdən ibarət olur. Ən sonuncu həll yolu: kəsdirin
Zədələnmiş saçlar heç cür bərpa olunmursa, yeganə çıxış yolu kəsdirməkdur. Uzun saçlarınızla vidalaşdığınız üçün üzülə bilərsiz, ancaq düşünün ki, saçlarınız yenidən və sağlam uzanacaq.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Uşağı marqanslı suda çimizdirmək olar?

Bəzi analar körpələri çimizdirəndə suya dezinfeksiya məqsədi ilə cüzi miqdarda (bir neçə kristal)...

Şahan Gökbakar oğluna bu adı qoydu

Aktyor Şahan Gökbakarla həyat yoldaşı Selin Ortaçlı bazar günü dünyaya gələn oğullarına ad...

Bayram Kürdəxanılını avtomobil vuraraq öldürdü – YENİLƏNİB + FOTO

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.