Azərbaycanca По-русски In english
Saçlar üçün təbii maskalar

Saçlar üçün təbii maskalarSaçların cansızlaşması və tökülməsi insanları ən çox narahat edən problemlərdən biridir. Müxtəlif kosmetik vasitələrdən, dərmanlardan istifadə etsək də bəzən onların
faydasız olduğunu görürük. Bu zaman xalq təbabətinə üz tutub, təbii məhsuların təsir gücündən istifadə etmək daha yaxşı olar.

Süd və bal. 1 stəkan südə 1 ç/q təbii bal töküb, yaxşıca qarışdırırıq. Sonra onu saç diblərinə çəkib, 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyuruq. Daha sonra saçları
şampunla yumaq lazımdır.

Kokos qaymağı. Kokos qaymağını əlinizdə bir qədər isitdikdən sonra onu saçların həm uclarına, həm də köklərinə çəkmək lazımdır. Maskanı düz 1 saat saxladıqdan
sonra şampunla yumaq lazımdır.

Banan və badam. Saçlara daha bundan artıq nə lazımdır ki?! 1 ədəd bananı soyub, əzirsiniz və üzərinə 3 damcı badam yağı töküb qarışdırırsınız. 25 dəqiqə saxladıqdan
sonra saçlarınızı yuyursunuz.

Çiyələk. Çiyələyi təkcə yemirlər, həm də gözəllik üçün istifadə edirlər. 1 stəkan çiyələklə (əzilmişlər də ola bilər) 1 ədəd yumurtanın sarısını və 2 ç/q zeytun yağını yaxşıca
qarışdırırsınız. Elə qarışdırmaq lazımdır ki, maskanın içində meyvə hissəcikləri qalmasın. Sonra onu saç köklərindən uclarına qədər çəkib, 20 dəqiqə gözləyirsiniz.

Rom və qara çay. Bəlkə bu maskanın adı qəribə səslənir, amma faydası artıq təsdiq edilib. Belə ki, 1 ç/q rom (içki) ilə 1ç/q qara çayı qarışdırıb, saçın diblərinə çəkmək
lazımdır. 50 dəqiqə saxladıqdan sonra saçları yumaq lazımdır.

Konyak və yumurta. 1 yumurta sarısı ilə 3-5 ç/q konyakı qarışdırıb, saç diblərinə çəkirik. 20 dəqiqə saxladıqdan sonra saçları şampunla yumaq lazımdır.

Avokado və mayonez. Bəli, bu yalan deyil! Avokado ilə mayonez saç sağlamlığı üçün ideal vasitələrdir. Avokadonu əzib püre halına gətirdikdən sonra onu mayonezlə
qarışdırırıq. Saçlarda 20 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyuruq. Nəticəni dərhal hiss edəcəksiniz.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Havanın temperaturu iqlim normasından 4 dərəcə yüksəkdir

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur. Ekologiya və Təbii...

Uşağınızın sizi sevdiyini bildirən 7 işarə

-Ana ve uşaq arasındakı bağ, körpe ana qarınındayken başlar. Doğuş olduqdan sonra da uşaqla ana...

“Eurovision - 2018” bu şəhərdə keçiriləcək

“Eurovision - 2018” mahnı müsabiqəsinin ev sahibi olan şəhər açıqlanıb....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.