Azərbaycanca По-русски In english
Zebra tortu resepti

Zebra tortu reseptiTərkibi:
4 yumurta
1 stəkan (250 qr) şəkər tozu
1 stəkan (250 ml) süd
1 stəkan (250 ml) bitki yağı
2 stəkan (250 qr) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu

Hazırlanması:
Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.
Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.
Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kmi.
Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.
Sobanı 180˚C-dək qızdırın.
Diametri 23 santimetr olan dibi yapışmaz (non-stick) yumru tort formasının dibini azacıq yağlayın (əgər yapışmaz formanız yoxdursa, adi yumru formanın dibini yağlayıb, perqament kağızı sərin). Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.
Tortu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç açmayın, yoxsa tort qalxmaz. Tortun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa qoyun. İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.

Nuş olsun!скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Magistraturada yeni ixtisas yaradılacaq

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisas...

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə...

"Deyir ki, mənə ərə gəl, sənə pul buraxım, ev alım" - Şəbnəm Tapdıq

Əməkdar artist Şəbnəm Tapdıq şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-ın məlumatına görə,...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.