Azərbaycanca По-русски In english
Yapon uşaqlar buna görə ağıllıdır

Yapon uşaqlar buna görə ağıllıdırYaponiyada uşaq 5 yaşına qədər Allah, 5 yaşından sonra qul, 15 yaşından sonra isə dostdur. Yaponiyada uşağın tərbiyə sistemi “ikudzi” adlanır. Bu,təkcə bir pedoqoji metod deyil, yeni nəslin təlim-tərbiyəsinə yönəlmiş böyük bir fəlsəfədir. Uşaq – Tanrı – “İkudzi” prinsiplərinə əsasən, uşaq beş yaşa qədər – Allahdır. Ona heç nə qadağan etmir, üstünə qışqırmır, onu cəzalandırmırlar. Onun üçün bu sözlər mövcud deyil: “olmaz”, “pisdir”, “təhlükəlidir”. Körpə öz idrak fəaliyyətində azaddır. Beləliklə, Yaponiyada uşağa 5 yaşına qədər rəsmən hər şey olar. Bununla onların şüurunda yaxşı tərbiyə edilmiş və valideynlərini sevən “Mən” obrazı formalaşdırılır. Uşaq – qul – Beş yaşından sonra uşaq “sərt həqiqətlə” rastlaşır. O, riayət etməli olduğu sərt qaydaların və məhdudiyyətlərin altına düşür. Məsələ ondadır ki, əzəldən yapon cəmiyyəti icmalar halında olub. İctimai maraqlar hər şeydən yüksəkdir. İnsan – mürəkkəb mexanizmin vintidir. Əgər sən insanların arasında öz yerini tapmadınsa, sən lazımsızsan. Uşaq – bərabərdir – 15 yaşından sonra uşaq praktik olaraq, formalaşmış şəxsiyyət hesab edilir. Sonrakı qısa mərhələ isə üsyankarlıq və identikliklə müşahidə olunur. Amma əvvəlki iki mərhələdə təməli qoyulmuş dəyərlər nadir hallarda pozulur.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Dördüncü sinif şagirdi intihar edib

Dördüncü sinif şagirdi intihar edib...

İranda matəm elan edildi

İranın SANCHI adlı tankerin qəzaya uğraması və 30 iranlının həlak olması ilə bağlı ölkədə matəm...

Gəlir əldə etmək üçün “Əlavə fürsət”!

Gəlir əldə etmək üçün “Əlavə fürsət”! Expressbank əmanət üzrə faizləri öncədən götürmək istəyən...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.