Azərbaycanca По-русски In english
Doğularkən cəmi bir-neçə gün yaşayacağı güman edilən, kəllə sümüyü olmayan Cekson artıq 1 yaşındadır

Doğularkən cəmi bir-neçə gün yaşayacağı güman edilən, kəllə sümüyü olmayan Cekson artıq 1 yaşındadır


Jackson Emmet Buell doğulduğunda həkimlər bir neçə gün yaşayacağını düşünmüşdü. Ləqəbi "Jackson Strong", yəni "Güclü Jackson" olan körpə beyin və kəllə sümüyü düzgün inkişaf etməmə qüsuru ilə dünyaya gəlib.

Doğularkən cəmi bir-neçə gün yaşayacağı güman edilən, kəllə sümüyü olmayan Cekson artıq 1 yaşındadır


ABŞ-da nadir rastlanan bu vəziyyətin 4.859 uşaqdan 1-ində göründüyü təxmin edilir. Lakin körpə ana qarnında, ya da doğulduqdan qısa bir müddət sonra həyatını itirir.

"Ona mübarizə aparmaq şansı vermək üçün əlimizdən gələni etdik. O da doğulduğundan bəri mübarizəsini davam etdirir." deyə Jackson'un atası bildirib.

http://img-1.onedio.com/img/719/bound/2r0/56154d6912bff95369bf5115.webp


Körpənin anası Brittany Buell oğlunun çox yaşamayacağını düşüncəsinin onu məhv etdiyini deyir.

Hamiləliyi 23-cü həftəsində həkimlər uşağın qüsurlu doğulacağını və hamiləliyi sonlandırmağın mümkün olduğunu söyləmişdilər. Lakin valideynlər buna razılıq vermirlər.

Balaca Jackson isə həm hamiləlik ərəfəsində, həm də doğulduqdan sonra xəstəxanada üzərində aparılan müayinələrdə yaxşı nəticələr göstərib.


http://img-2.onedio.com/img/719/bound/2r0/56154d7b12bff95369bf5122.webp


Jackson'un atası:
"İkinci gün onu qucağımda tutarkən, həkimlərin oğlumun böyük ehtimalla yeriyə bilməyəcəyini, danışa bilməyəcəyini, acdığında anlamayacağını, hətta görməyəcəyini, ya da eşitməyəcəyini söylədiyini xatırlayıram. Onun bunları edə biləcəyini gözləmirdilər."

Jackson'un anası:
"Çox vaxt pozitiv olmağa çalışırdım, lakin acı gerçəkliyi də dərk edirdim. Ondan daha uzun müddət yaşayacaqdıq."


http://img-2.onedio.com/img/500/666/2r0/56154d9de1beb587694433fe.webp


Bütün bunlara baxmayaraq, Jackson həyata tutunmaqda davam edirdi. Anası və atası onun çox güclü olduğunu söyləyirdilər. Balaca Jackson ötən günlərdə birinci yaşını qeyd etdi və hər kəsi möcüzələrin varlığına yenidən inandırdı.

http://img-0.onedio.com/img/719/bound/2r0/56154db457fe74285547d5c0.webp


Mənbə:https://onedio.com/haber/mucizevi-bebek-doktorlarin-birkac-gun-yasar-dedigi-minik-jackson-birinci-yasini-kutladi-600898скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bu gün 9 May - Qələbə Günüdür

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu gün alman faşizmi...

Güləşçimiz finalda - yenilənir

"Bakı-2015" birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəni davam...

Körpənin ilk ayı

Körpələr – bizə böyük xoşbəxtlik və sevinc bəxş edən zərif varlıqlar. Onların sağlamlığı yenicə...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.