Azərbaycanca По-русски In english
Dayə

Son zamanlar işleyen qadınların sayının artması onların ev, uşaq saxlamaq kimi işlerde kömekçiye ehtiyac duymalarına sebeb olub. Bağçaların azlığı, onların keyfiyyetli xidmetine inamın olmaması valideynlerin dayelere üz tutmasına sebe olur. Amma her uşaq baxan dayedirmi? Tarixen dayelik daha çox yüksek tebeqeden olan, vezifeli şexslerin uşaqlarına baxan elmi, savadı ile seçilen bir insan olub. 

Amma dövr keçdikce bu saheye olan münasibet deyişmeye başlayıb. Artıq dayelik iş tapa bilmeyen ve ya işden qovulan orta yaşlı qadınların yeni qazanc yeridir. Yeni, onlar öz övladlarını böyütdükleri üçün bu sahede yeterince tecrübeli olduqlarını düşünürler. Çünki bizim kimi cemiyyetlerde daye sadece uşağın yemeyine, geyimine nezaret eden, vaxtında yatıb durmasını temin eden, ve bezen de ev işlerinde kömekçi olan biridir. Eger bir qadın bunları bacarırsa, demeli o normal daye hesab oluna biler. Elbette, bu düşünceler dayelikden daha çox xidmetçi peşesine uyğun gelir. Ona göre de, illerdir bu sahede inkişaf yox eks proses yaşanır. Yeni, dayeliye her kesin göre bileceyi bir iş kimi baxılır. 

Sosioloq Rafiq Temrazov da dayeliyin qedim tarixi olsa da, son dövrler bu sahede veziyyetin ürek açan olmadığını deyir. "Dayelerin keyfiyyeti, telim görmeleri, gösterdikleri xidmet heç de ürek açan deyil. Ölkemizde dayelikle bağlı en ciddi problemlerden biri bu sahe ile meşğul olan insanların hüquqlarının pozulmasıdır. Çünki onlar müqavile bağlaya bilmirler, emek hüquqları tanınmır, sosial müdafie ve vergi orqanlarından yayınırlar. Bu sahede maariflendirme işi aparılmadığına göre, insanlar başa düşmürler ki, onların işi qeyri-formaldır, gelecekde sosial teminat, pensiyalar meselesinde problemler yaşayacaq, bu imkanlarda mehrum olacaqlar”. 

Dayelere ali tehsil lazımdırmı? 

Bu gün dayelerin tehsilli olmaması da bir problemdir. Çünki, dayeler üçün konkret bir mekteb yoxdur. Buna göre de, hele de dayeden nelerin teleb olunması, onun hansı keyfiyyetlere sahib olması hele de müzakire mövzusudur. Rafiq müellim ise, dayelerin uzun müddetli tehsil almalarına o qeder de ehtiyac olmadığınıı deyir: "Sadece onların müeyyen telim görmelerine ehtiyac var. Bu telimin, tehsilin olmaması onların gelecekde öz hüquqlarından xebersiz olmalarına şerait yaradır. Onlar şexsi münasibetler hesabına işe düzelirler, işden çıxarılarken de xeberdarlıq olunmur. Bezen müqavilelerin olmamasında dayeler de maraqlı olur. Çünki onlar dövlete vergi ödemek istemirler, amma bunun hüquqi terefleri ile maraqlanmırlar”. 

Daye yoxsa, ana 

Uşaqların uzun müddet daye ile birlikde olması valideynle olan münasibetlerine de tesir ede bilir. Çünki adeten, bele uşaqlar valideynden daha çox daye ile vaxt keçirir ve neticede yalnız onun dediklerine emel etmeye, hetta onu doğma ana kimi qebul etmeye başlayır. Sosioloq da uşağın daye yoxsa, valideyn terbiye emeli olduğu her zaman mübahise doğurduğunu deyir. "Eger ailelerin maddi imkanları yaxşı, hem de işleri uşaqla meşğul olmağa imkan vermirse, bu zaman dayeye ehtiyac olur. Ancaq qadın ve ya kişi növbe ile uşağı saxlaya bilseler yaxşı olar. Çünki uşağın valideynler terefinden terbiye olunması daha yaxşı variantdır. Bu hem de valideyn övlad münasibetlerinin yaxınlığı qorunmasına xidmet edir”. 

Xarici ölkelerin dayelik mektebi ile tecrübelerine toxunan sosioloq deyir: "Bır sıra avropa ölkelerinde dayelik xidmeti bizden daha evvel yaranıb ve artıq bu iş bir senet hesab olunur. Amma bizden ferqli olaraq hemin ölkelerde aile münasibetleri aşağıdır. Daye terbiyesinin bir üstünlüyü ise, hemin uşaqların emek terbiyesini daha tez menimsemeleridir”. 

Psixoloq Asef Kerimov ise daye terbiyesinin uşaqların inkişafında önemli rol oynadığını deyir: "Daye terbiyesi ile böyüyen bir çox dahi insanın heyat tecrübelerine esasen deye bilerik ki, dayeler uşaqların terbiyesinde mühüm rol oynayır. Dayenin uşaq psixologiyasına tesiri, hemin dayeni seçen şexsin onu hansı meyarlar esasenda seçmesinden asılıdır. Bundan başqa dayeler kifayet qeder öz sahesinin bilicisi olmalıdır. Daye sadece uşağı yedirib içiren şexs deyil, çünki bu halda onlar baxçalardakı texniki işçilerden ferqlenmezler. Ancaq daye daha geniş bir anlayışdır. Ancaq daye terbiyesi ile yanaşı uşaqların bağçaya da getmesini vacibdir”. 
Bes hansı yaş dövründe uşağı dayeye etibar etmek olar? 

Ne qeder valideyn terbiyesinin önemli olduğunu bilsek de bezen valideynlerin her ikisinin işlemek mecburiyyetinde olması, onların bağçalara etibar etmemeleri dayelere ehtiyac yaradır. Dayelerin uşaq valideyn münasibetlerine tesirini de nezere alaraq uşaqları hansı yaşda dayelere etibar edek? Psixoloq şerq ölkelerinde dayelerin daha çox körpe uşaqlara baxan biri kimi anlaşıldığını deyir: "Körpe vaxtında uşağa baxan şexs süd anasıdır ki, bu hem de bezen uşağın sonrakı terbiyesinde de mühüm rol oynayır. Lakin bir yaşdan sonra uşağın anası ile münasibeti daha çox olmalıdır, neinki dayesi ile. İki yaşdan sonra ise uşağı dayenin nezaretine vermek olar”. 

Dayelere inam 

Dayenin uşaq saxlamaq bacarığı ile yanaşı onun etibarlı olması da, önemlidir. Çünki biz onlara canımızdan daha eziz olan övladlarımızı etibar edirik. Amma bu gün ölkemizde bu sahe ile meşğul olan hansısa bir qurumun olmaması, onlara olan inama da tesir edir. Axı kim övladını tanımadığı, hetta hansısa bir problem yaranarsa şikayet edeceyi bir insanın olmadığı birine etibar ede biler? Sabah hansısa bir daye uşağa yaxşı baxmasa, valideyn kime şikayet edecek? Rafiq müellim burada hem dövletin nezareti, hem de hansısa hüquqi meselenin aydınlaşdırılması üçün bir müstevi olmamasının müeyyen problemler yaratdığını deyir: "Ona göre de, onlar qeydiyyata alınmalı ve müqavile bağlanmalıdır. Müqavile olmadığı zaman da, her iki terefin qarşılıqlı mesuliyyeti de olmur. Bezen daye adı ile aparıb başqa işler de gördürürler”. 

İnternetde kiçik bir araşdırma apararaq xeyli dayelik elanlarına rast gelmek mümkündür. Biz de hemin elanlarda qeyd olunan elaqe nömreleri vasitesile bir neçe daye ile danışıb gösterdikleri xidmet ve emek haqqı barede maraqlandıq. Ümumi neticeye esasen, onlar uşağın qidası, yatmağına nezaretle yanaşı ona müxtelif şeirler, mahnılar hemçinin rus dili öyretmek ve 7-8 saatlıq iş üçün 500 manat teleb edirler. Rafiq müellim ise Azerbaycan reallığında dayeye 500 manatın vere bilenlerin çox az olduğunu bildirir. Onun sözlerine göre, dayeler esasen, seherden axşama qeder iş saatı üçün 300-350 manata gedirler. 

Doğru dayeni nece seçek? 

Bezen valideynler düzgün daye seçe bilmediklerinden bir müddet sonra problemle rastlaşırlar. Neticede düzgün dayeni tapana qeder bir neçesini deyişirler. Eger bu valideynlere vaxt ve müeyyen qeder pul itkisi demekdirse, hemin daye ile vaxt keçiren uşaq üçün psixoloji problem demekdir. Çünki o yeni dayeye alışmağa çalışarken onun başqa biri ile evezlenmesi uşaqda psixoloji sarsıntılara sebeb ola biler. Bes valideynler daye seçerken nelere diqqet etmelidirler? 

Rafiq müellim bizde daye seçerken daha çox onun rus dilini bilmesine, yaşının çox olmamasına, dünyagörüşü müeyyen qeder normal olan aileler dayenin uşaqla davranışına diqqet edirler, qalan meseleler ise onları maraqlandırmadığını deyir: "Daye seçerken onun hansı müddete uşaqla meşğul olacağına diqqet etmelidirler. Çünki ola biler ki, daye sadece uşağın müeyyen müddete böyütmek üçün, mektebe qeder terbiyesi üçün ve s.meqsedlere göre telebler de deyişe biler”. Psixoloqun da valideynlere daye seçerken diqqet etmeli olduqları meqamlarla bağlı meslehetleri var. O, dayenin ne qeder hemin ailede olacağı, onun ailenin bir üzvü kimi qebul olunmasına diqqet etmeyin vacib olduğunu bildirdi. "Dayenin uşaqla münasibeti, semimiliyi, ixtisasını bilmesi çox vacibdir. Uşaq haqqında tibbi, psixoloji, pedoqoji biliklere malik olması, ümumiyyetle, uşaqlarla iş tecrübesi nezere alınmalıdır. Yaxşı olar ki, daye seçerken onun hansısa müesiselerde uşaqlarla olan iş tecrübesine önem versinler. 

Dayenin nitq qabiliyyeti, uşaqla ünsiyyetde revan danışmağına diqqet edilmelidir. Ümumiyyetle, daye hem de yaradıcı şexs olmalıdır ki, uşağı da yaradıcılığa meyllendirsin. Tebii ki, ne çox yaşlı, ne de çox genc dayeler meslehet görülmür. Çünki müeyyen yaş dövründen sonra insanın uşaqlarla işlemek üçün sebri olmur. Bundan başqa uşağı olamyan, heç zaman uşağa baxmayan bir dayeye de şübhe ile baxıram. Hemçinin müasir texnologiyalarla da işlemek bacarığı, uşağın suallarına cavab verecek bir seviyyede olmalıdır. Artıq iki yaşda uşaq etraf alemi derk etmeye, eşyaları derk etmeye başlayır ona göre de daye bu işde ona yardımçı olmalıdır. Emosiyalarını cilovlamağı, uşağa müsbet hissler aşılamağı bacarmalıdır. Etiket qaydalarını bilmelidir. Valideynlerle uşaq arasında bir körpü rolunu oynamalı, müeyyen dövrden sonra ise, artıq onların birbaşa ünsiyyetini temin etmelidir”. 
Hüquqi ve şüur deyişikliyi 

Amma sadaladığımız keyfiyyete uyğun daye seçe bilmek üçün yaxşı daye olmalıdır. Sosioloq eger günü-günden dayelere ehtiyac artırsa, o zaman bu sahede deyişikliklere de ehtiyac olduğunu deyir: "İnsanlar dayeliye daha ciddi önemli bir iş kimi yanaşmalarına çalışmalıyıq. Veziyyet pisdirse şüur deyişmelidir, bunun üçün de maariflendirmeye ehtiyac var. Amma maariflendirme, ictimai şüurda deyişiklikler etmekle yanaşı, hüquqi mexanizmler de işlenmelidir. Bu mexanizmler ele formada hazırlanmalı, insanlara başa salınmalıdırlar ki, bu onların emek haqqından kesilib vergiye celb olunmasında ibaret deyil, hem de onların gelecek teminatı, işsiz qalmamalarının qarantıdır”.

70s costumes