Azərbaycanca По-русски In english
Hamilə qadınlara məsləhətlər- gidalanma


 
 
Hamiləlik dövrü sağlam və dözümlü uşaq orqanizminin quruculuğu dövrüdür. Buna görə gələcək ananın düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.
Natamam qidalanma kimi, normadan artıq qidalanma da təhlükəli hesab olunur.
Natamam qidalanma uşaqsalmaya, dölün çəkisinin azalmasına və onun həyat qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Artıq qidalanma isə ananın və dölün çəkisinin artmasına səbəb olur, iri ölçülü döl isə həm hamiləliyi, həm də doğuşu daha riskli edir.
Hamiləliyin birinci yarısında gün ərzində 4 dəfəlik, ikinci yarısında isə döl tərəfindən bağırsaqların sıxılmasını nəzərə almaqla 5-6 dəfəlik qida qəbulu rejimi məsləhət görülür.
Qidanın tərkibində tələb olunan miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar və mikroelementlərin olması vacibdir. Bu halda gün ərzində qəbul edilən qidanın ümumi energetik dəyəri (kaloriliyi) - 2800-3000 kkal olmalıdır.
Hamilələrin qida rasionundan spirtli içkilər, kofe, tünd çay, kolbasa, sosiska, müxtəlif turşu və şorabalar, hisə verilmiş və konservləşdirilmiş qidalar, konfetlər, yağlı yeməklər, tonuslayıcı qazlı içkilər ("Coca-Cola”, "Pepsi” və s.) qəti şəkildə çıxarılmalıdır.
Gələcək ana üçün düzgün qidalanmadan əlavə düzgün maye qəbul etmək də vacibdir. Hamiləliyin birinci yarısında qadın gündə 2-2,5 litr maye qəbul etməlidir. Bu mayeyə tək su deyil, duru yeməklər, duru souslar, meyvə və tərəvəz tərkibindəki sular da daxildir. Bu dövrdə qadın tez-tez qusur ki, bu zaman itirilən mayeni də əvəz etmək vacibdir. Səhərlər içinə yarım limon şirəsi qatılmış bir stəkan su içmək olar.
Hamiləliyin 20-ci həftəsindən sonra qan dövranının sürəti 40% artır. Qadının ürək, böyrək və digər orqanları daha intensiv şəkildə işləyir və qan təchizatına tələbatı daha da artır. Böyrəklərin üzərinə daha böyük ağırlıq düşür, onlar bu dövrdə daha çox maye ifraz edir. Hətta sağlam qadında da şişkinlik əmələ gələ bilər. Daha ağır vəziyyətlərdə hamiləlik ödemi, gestoz (AT artması ilə müşayiət olunan ödem) baş verir. Bununla əlaqədar olaraq hamiləliyin 20-22 həftəsindən etibarən qəbul edilən mayeni 1,5 litrə qədər azaltmaq lazımdır. Duz qəbulu da azaldılmalıdır, çünki duz mayeni orqanizmdə saxlayır.
Aşağıda qeyd edilən qida maddələri hamilə qadın üçün çox vacibdir.
Kalsium. Dölün sümük sisteminin və dişlərinin formalaşmasına təsir edir. Bu proses təxminən hamiləliyin 8-ci həftəsindən etibarən başlamış olur. Hamiləlik dövründə ana orqanizmi üçün bu elementə tələbat 2 dəfə artır. Əsas mənbələri: süd, pendir, kəsmik, yumurta, qatıq və s.
Zülallar. Hamiləlik dövründə zülallara olan tələbat artdığı üçün tərkibində proteinlər olan məhsulların qida ilə qəbulunu artırmaq lazımdır. Ancaq yadda saxlamaq lazımdır ki, ət məhsulların tərkibində hamilə qadınlar tərəfindən qəbuluna məhdudiyyət qoyulması tələb olunan bir çox yağlar da vardır. Ona görə də bu dövrdə hamilə qadınlar tərəfindən ətin əsasən yağsız hissələri istifadə edilməlidir. Zülalların əsas mənbələri: ət, balıq, süd məhsulları, paxlalı bitkilər, qoz və s.
Vitamin C. Ciftin möhkəmlənməsinə, orqanizmin müqavimət qabiliyyətinin artırılmasına, dəmirin mənimsənilməsinə köməklik edir. Uzun müddət saxlanılma və bişirilmə qida məhsullarının tərkibində olan S vitamininin parçalanmasına səbəb olur. Ona görə də qəbul edilən qida məhsulları təzə olmalı, meyvə və tərəvəzlər çiy yeyilməlidir. Əsas mənbələri: əsasən təzə sitrus meyvələri, tərəvəzlər (şirin bibər, pomidor, gül kələm, kartof), itburnu qurusu və s.
Sellüloz hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir. Sellüloz hamiləlik zamanı çox təsadüf edilən qəbizliklərin qarşısını alır. Əsas mənbələri: çiy meyvə və tərəvəzlər (həmçinin onların quruları).
Fol turşusu. B qrup vitaminlərinə aid olaraq, xüsusən hamiləliyin ilk həftələrində dölün mərkəzi sinir sisteminin inkişafı üçün gərəkli hesab olunur. Qida məhsulları uzun müddət saxlanıldıqda və bişirdikdə, onların tərkibində olan fol turşusu parçalanır. Onu da qeyd etmək vacibdir ki, hamiləlik zamanı heç bir pəhriz rejimi fol turşusunun tələb olunan miqdarını təmin edə bilmir. Ona görə də həkimlər bir çox hallarda hamilə qadınlara onun dərman formalarını da təyin edirlər. Əsas mənbələri: çovdar çörəyi, fındıq, ispanaq (şomu) və s.
Dəmir vitamin C ilə birlikdə mənimsənilir; çay və kofe onun mənimsənilməsinə maneçilik törədir. Buna görə də dəmir ilə zəngin olan qida maddələrinin qəbulundan sonra çay və kofenin içilməsi məsləhət görülmür. Əsas mənbələri: yağsız qırmızı ət, sardina balığı, alma, kərəviz, nar, xurma, ərik qurusu, qara gavalı qurusu, kişmiş və s.
Hər bir gələcək ananın gündəlik olaraq zülala, yağlara, vitaminlərə, minerallara, sellülöza, mayeyə və s. vacib qida maddələrinə ehtiyacı var. Zülallar ana bətnində amin turşularına parçalanırlar, bu parçalanma məhsullarından ana və döl onlara daha vacib olan yeni zülallar sintez edirlər. Yağlar yeni hüceyrələrin yaranmasına və yanaraq enerci yaranmasında iştirak edirlər. Vitaminlərin və mikroelementlərin rolunu biz artıq qısa da olsa müzakirə etmişdik (daha sonra bu mövzuya qayıdacağıq). Onlar hamiləliyin normal gedişi üçün lazım olan bir sıra məsələlərin həll olunmasında iştirak edirlər.

Bütün bu təlabatları ödəmək üçün düzgün tərtib olunmuş pəhriz olmalıdır.



1.Yarmalar, dənli bitkilər və un məmulatları

Bu məhsullar bitki mənşəli zülallar, karbohidratlar və sellülözdan ibarətdirlər. Çörək vitamilərlə (xüsusilə B qrupu) zəngindirlər. Mikrolementlərdən sink və dəmir daxildir. Sizin gündəlik qida rasionunuzda bu məhsullardan hazırlanmış 4-5 yemək növü olmalıdır. Bir yemək belə hesablanmalıdır:

1 dilim çörək
1 ədəd mayalı xəmirdən hazırlanmış məmulat (bulka)
1 biskvit
1 tortilya
½-dən ¾ qədər hazır dənli bitki portlağı
2 orta ölçülü yağlı kökə (blinı)
1 stək.hazır popkorn
1 vafli
4-6 ədəd kreker





Sıyıqların və makaron məmulatlarnın hesabı belə aparılır – 2/1 — 3/4 stəkan yarma və ya sındırılmış spagetti, vermişel və s. bir yemək hesab olunur. Bu Sizin qida rasionunuzun əsasını təşkil edir.

2. Meyvə və tərəvəz.

Bunlar vitamin, üzvi turşular, sellulöz və mikroelementlərin əsil xəzinəsidir. Bağırsaqlara zəif boşaldıcı təsir göstərə bilər. Gündəlik olaraq bu məhsulların 4 növünü qəbul etməlisiniz. Tərkibində A-C vitaminləri olan meyvələrinin hərəsindən 1 ədəd götürün, digər 2-3 isə öz zövqünüzə görə seçə bilərsiniz. Istəyinizə görə seçimi dəyişə bilərsiniz.



A vitamininin mənbəyi

C vitamininin mənbəyi

Digərləri

ərik, brokkoli, yemiş, kök, balqabağ, şirin kartof, tünd göy rəngli yarpaqlı tərəvəzlər, ağ turp, çuğundur.

brüssel və gül kələmi, qarpız, apelsin, limon, qreypfrut, çiyələk, pomidor, şirin bibər, ağ kələm, ispanaq, manqo, papaya, kivi.

badımcan, noxud, kartof patisson, alma, banan, turş gilas, üzüm, albalı, armud, gavalı, ananas, xiyar, moruq.



3. Ət, balıq, ev quşlarinin əti, yumurta, qurudulmuş lobya və qoz.

Bu məhsullar zülalın əsas mənbəyidir. Gundəlik olaraq bu məhsullardan hazırlanmış 3 növ yemək qəbul etməlisiniz. Bir növ yemək kimi qəbul etmək olar:

60-90 q yağsız ət (hamburger, bir neçə dilim mal və ya dana əti, iki sosiska);
orta ölçülü bütöv balıq və ya bir dilim qızıl balıq;
iki tikə hindi əti və ya bir toyuq budu;
2 yumurta;
220-330 q tofu (soya kəsmiyi);
60-70 q günəbaxan tumu.


Yeməklərə müxtəlif əlavələr edə bilərsiniz, süd məhsulları ilə bərabər qədul edə bilərsiniz. Ət və ət məhsulları yaxşı bişirilməlidir, çünki müxtəlif bakteriya və helmintlərlə infeksiyalaşma təhlükəsi möcuddur. Yumurta ilə də ehtiyyatlı olmaq lazımdır. Çalışın ki, qayqanaq, az bişirilmiş omlet və çiy yumurta qəbul etməyəsiniz.



4. Süd və süd məhsulları.

Bu məhsulların vəzifəsi orqanizmi kifayət qədər kalsiumla təmin etməkdir. Bu da öz növbəsində sümük sisteminin normal inkişafına kömək edir. Bundan başqa bu məhsulların tərkibində yağlar, zülallar və üzvi turşular da var.

Gün ərzində 4 stəkan (800 ml) süd içərsinizsə, lazım olan kalsiumu qəbul etmiş olursunuz. Aşağıdakı süd məhsulları göstərilən miqdarlarda 1 stəkan südün tərkibində olan miqdarda kalsium verə bilər:

- 1 stəkan yağlılığı az olan süd;

- ½ stəkan qatılaşdırılmış süd;

- 2 dilim pendir;

- 1/3 stəkan quru süd:

- 1 stəkan yoqurt və ya südlü pudinq;

- 1 2/1 stəkan dondurma.

- 40 q bərk pendir.

Südü çiy içmək məsləhət deyil.

Südü qaynadarkən kalsium parçalanmır, zülalların da tərkibi dəyişmir, orqanizm tərəfindən normal mənimsənilir. Toksinfeksiyanın yaranma imkanı isə xeyli azalır.

Əgər süd məhsullarını sevmirsinizsə, və ya orqanizminiz bu növ məhsulları qəbul etmirsə, həkimizlə söhbət edin, dölün və Sizin kalsiuma olan ehtiyacınızı təmin etmək üçün bir başqa yol tapmağa çalışın.



5.Yağlar və şirniyyat.



Bu geniş qrupa kərə yağı, bitki marqarini, konfetlər, cele, cemlər, desert, şirin içkilər, şəkər, siroplar və s. aiddir. Bu məhsulların tərkibinə karbohidratlar, doymuş və doymamış yağ turşuları, mineral duzlar daxildir. Bundan əlavə bütün bu məhsullar yüksək kaloriyə və energetik dəyərə malikdirlər. Yağlar sutkalıq təlabatın 30%-ni təmin edirlər. Yaxşı olar ki. qəbul edilən yağlar bitki mənşəli olsunlar (qoz, xolesterini az olan yağlar).

Bu məhsulları istəyinizə görə qəbul edin, amma hədsiz istifadə etməyin. Onlar Sizin iştahanızı "Küsdürəcək”, və Siz əhəmiyyəti daha yüksək olan məhsulları yemək istəməyəcəksiniz. Süni şirinləşdiricilərin, xüsusilə də saxarin və siklamatların qəbulu xüsusi göstəriş olmadıqda, məsləhət deyil.

Bu məhsulların gündəlik istifadə olunması "qidalanma piramidasında” göstərilmişdir. Bu əyani diaqram 1992-ci ildə USDA təşkilatının (ABŞ-da Kənd Təsərrüfatı Nazirliyinin analoqu) ekspertləri tərəfindən işlənib hazırlanmışdır. Bu məhsulların müxtəlif səviyyələrdə yerləşdirilməsi təsadüfi deyildir. Aşağıdan yuxarı doğru məhsulların dəyəri zirvəyə doğru tədricən azalır. Maye qəbuluna gəldikdə isə, sizin gündəlik təlabatınız 6-8 stəkandır. Bu miqdara həmçinin süd, şirələr, bulyonlar və yediyiniz sulu xörəklər də daxildir. Kofeinin dölə mənfi təsirini unutmayın və qəhvənin, tünd çayın və kolanın miqdarını məhdudlaşdırın.



yağ və şirniyyat

vaxtaşırı

Süd və süd məhsulları

gündə 2-3 növ



ət,balıq,quş əti,paxlalar və qoz

gündə 2-3 növ

Tərəvəz

3-5 növ

Meyvələr

2-4 növ gündə

Yarmalar, dənli bitkilər və un məmulatları

gündə 4-6 növ