Azərbaycanca По-русски In english
Xrizantema piroqu resepti - FOTO RESEPT

Tərkibi:
500 q qiymə
1 baş soğan
1 diş sarımsaq
100 ml su
140 q pendir
30 q kərə yağı
duz, qırmızı və qara istiot - zövqə görə

xəmir:
125 ml süd
125 ml qatıq
7 q quru maya
1 x.q. şəkər tozu
1 ç.q. duz
1 yumurta
500 q un
6 x.q. bitki yağı

Hazırlanması:
Süddə mayanı və şəkər tozunu əridin, isti yerdə 15-20 dəqiqə saxlayın.
Qatıq, duz, yumurta, bitki yağını qarışdırın, gəlmiş mayanı, unu əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri yoğurduğunuz qabın ağzına qida plyonkası çəkib isti yerdə 1 saat saxlayın. Sonra ətləyib iki yerə bölün.
Bir hissəsini yenə ləyənə qoyub, üzərinə dəsmal çəkin.
İkincini un səpilmiş masada 3-4 mm qalınlıqda yayın. Stəkanla (təxminən 7,5 sm diametrli) dairələr kəsin. Xəmirin qalıqlarını yığıb yenə kündələyin, yayıb, dairələr kəsin. Bunların üzərinə qurumaması üçün plyonka çəkin
Bir dairənin üzərinə 1 ç.q. qiyməni yayın, bir qədər pendir səpin.
İki qatlayın, sonra bir dəfə də ortadan qatlayın.
Uclarını azca sıxıb birləşdirin. Ləçək forması alacaq.
"Ləçək"ləri 28 sm diametrli, yağlanmış və perqament döşənmiş formanın içinə yaxın-yaxın düzün.
Bir kündə bitəndən sonra ləyəndəki kündəni də eyni qaydada hazırlayın.
Ortası üçün dairələrdən 3 aypara kəsin, üzərinə qiymə çəkin. Bir kənarı sərbəst qalmaqla üst-üstə düzün, lap altdakından başlayaraq ortaya doğru rulon kimi bükün.
Piroqun ortasına qoyun.
Formanın üzərinə plyonka çəkin, 20-30 dəqiqə saxlayın.
1 yumurtanın sarısı+1 x.q. südü çalın, piroqun üzərinə çəkin.
180 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. (Ortası çox qızararsa, üzərinə perqamentdən dairə kəsib qoyun, temperaturu 175 dərəcəyə salın).
Bişmiş piroqun üzərinə 30 q əridilmiş kərə yağı çəkin, üzərinə dəsmal çəkib 15 dəqiqə dinləndirin.

Xrizantema piroqu resepti - FOTO RESEPT
Xrizantema piroqu resepti - FOTO RESEPT
Xrizantema piroqu resepti - FOTO RESEPT
Xrizantema piroqu resepti - FOTO RESEPT
Xrizantema piroqu resepti - FOTO RESEPT
Xrizantema piroqu resepti - FOTO RESEPT

Nuş olsun!
Dadli.azскачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bu uşaqlar ərköyündür

Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz, amma bir uşağın 4-5 yaşına gəldiyində artıq öz...

Azərbaycanda atanın doğuşu izləməsinə icazə verilir

Artıq bütün dünyada kişilər öz uşaqlarının dünyaya gəlməsi prosesini izləyirlər. Hətta əllərində...

"Türk Hava Yolları" 4 günə 100 mln. lirə zərər edib

Bakı. 10 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbula yağan güclü qar...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.