Azərbaycanca По-русски In english
Uşaq böyüdərkən ən çox edilən 7 səhv

Uşaq böyüdərkən ən çox edilən 7 səhv
Südün çatmır əlavə qida verməliyəm
Yeni anaların ən çox narahatlıq keçirdiyi mövzulardan biri , körpənin aç qalma ehtimalıdır. Bu səbəblə də çox vaxt körpələr gərəksiz yerə əlavə qida ilə bəslənir. Halbuki analar , südünün çatıb çatmadığını körpəsinin işəməyini izləyərək anlaya bilər. 24 saatda ən az 5-6 dəfə bezini isladan körpə , ana südüylə doyur deməkdir. Ana südü qeyri-kafiliyinə ancaq bir uşaq xəstəlikləri mütəxəssisi həkim qərar verə bilər və onun tövsiyəsindən sonra əlavə qida verilməsinə başlana bilər.

Çox hərəkət etsə tərlər xəstə olar
Xəstə olar narahatlığıyla uşağın hərəkət etməsini məhdudlaşdırmaq çox səhv bir yanaşmadır. Hər uşaq hərəkət edincə tərlər; tərləyincə üstünü dəyişdirə bilərsiniz! 'Çox tərlədin artıq yerinə otur' demək , onu tənbəl , kobud və bədbəxt edər . Zaman içində maddələr mübadiləsi sürəti azalan uşaq , sürətlə kilo almağa başlar. Hərəkət etmələrini məhdudlaşdırmaqdansa , idmana (üzmə , basketbol və s ) istiqamətləndirin.

Çəplik böyüyüncə keçər
Uşaqlarda çəplik bir yaşına qədər fizioloji qəbul edilir . Ancaq bir yaşından sonra düzəlməyən çəpliklər üçün mütləq göz həkiminə müraciət olunmalıdır . Bir yaşından əvvəl körpələrdə Nistagmus (göz kürəsinin istəksiz titrəməsi) görüldüyündə də mütləq bir göz həkiminə müayinə etdirilməlidir.

Ağlayınca dərhal qucağıma almalıyam
Körpəni ovutmanın bir çox yolu var; hər ağladığında dərhal qucağa götürmək həll deyil. Ağladığında yanına yaxınlaşıb onunla danışmaq , bədən təmasında tapılmaq , ona mahnı ya da ninni söyləmək və qarınını oxşamaq körpəni ovuda bilər. Ancaq sırf qucağa alışmasın deyə uşağı heç qucağa götürməmək də özünü etibarda hiss etməməsinə və bədbəxt olmasına gətirib çıxarar. Bu tarazlıq yaxşı qurulmalıdır.

Daha kiçik yaşlarında tək yatsa qorxar
Ümumiyyətlə 6 aydan sonra körpənin otağının ayrı olması mütəxəssislər tərəfindən təklif edilər . Bu sərhəd ən çox 2 yaşa qədər uzadıla bilər.

Ayaqda YELLƏYİNCƏ dərhal yuxuya dalır
Uşağı yelləyərək yatırtmaq tibb tərəfindən təklif edilmir. Ancaq xalq arasında 'ayaqda yelləmə' ən çox istifadə edilən üsuldur . uşağı yüngül tərzdə və sarsıtmayacaq şəkildə yellənsə təxribatlara pis nəticələrə gətirib çıxartmaz.

Çox duş qəbul etsə üşütür
Uşaqlar duş qəbul etməkdən xəstə olmaz. Yazın hər gün , qışda isə həftədə üç dəfə duş qəbul edilməsi tövsiyə edilir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Hamiləlik və stress!!!

Hamiləlik qadının həyatında xüsusi bir dövrdür. Hamiləlik zamanı qadın tez-tez gərgin olur, bəzən...

Proqnozlar Bürosu: Qarlı hava şəraiti sabahadək davam edəcək

Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək”. Bunu “Report"a...

Azərbaycanda azyaşlı uşaq həkim qurbanı oldu — İynə ayağında qalıb

Şamaxı rayon Muğanlı kənd sakini Soltanlı Manafın ayağına diqqətizlik nəticəsində evdə iynə batıb....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.