Azərbaycanca По-русски In english
Leylək uşaq bağçası

Leylək uşaq bağçası"Leylək" körpələr-evi uşaq bağçası Topçubaşov küçəsi 11 ünvanında yerləşir və 2009-cu ildə fəaliyyətə başlayıb. Bağça 12 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir.

Bağçada qruplar aşağıdakı kimi kompleksləşdirilir:

6 ay-1 yaş- yasli qrupu (4-6 uşaq)

1-2 yaşlılar - körpələr qrupu (6-8 uşaq)

2-3 yaşlılar - kiçik qrup (10-12 uşaq)

3-4 yaşlılar - orta qrup 12-15 uşaq

4-5 yaşlılar - böyük qrup (14-16 uşaq)

5-6 yaşlılar - məktəbə hazırlıq (16-18 uşaq)

İş rejimi –səhər 08:30-dan 18-30 dək,həftənin 5 gününü.

Bağçada tərbiyə alacaq balalara Təhsil Nazirliyinin məktəbəqədər “tərbiyə-təlim” proqramı ilə yanaşı həm də “Addım-addım” texnologiyası və “Montissori” metodikasının elementlərindən də istifadə olunaraq məşğələlər tədris olunur.

Bağçada uşaqların yaş səviyyəsi nəzərə alınaraq həftə ərzində aşağıdakı dərs-məşğələlər tədris olunur:

- Ana dili,bədii oxu

- Ətraf aləmlə(təbiətlə) və ictimai həyat hadisələri ilə tanışlıq

- Riyaziyyat + məntiqi testlərlə iş

- Təsviri sənət( rəsm,gil işi.applikasiya)

- Quraşdırma

- Musiqi ( mahnı,rəqs )

- İdman (həftədə 2 dəfə)

- Хаrici dil (ingilis- hər gün)

- Savad təlimi ,oxu (məktəbə hazırlıq qrupunda)

Həmçinin əlavə şahmat, bacarıqlı əllər, məntiq, giminastika, üzgüçülük dərnəkləri də fəaliyyət göstərir.

Bağçada uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait-müasir avadanlıq,inkişafetdirici mühit,maraqlı oyun və oyuncaqlar, həmçinin musiqi zalı, müxtəlif oyun otaqları,teatr otağı,məişət otağı fəaliyyət göstərir.

Gələcək məktəblilərin səlist,qüsursuz nitlərini təmin etmək məqsədilə bağçamızda loqoped və psixoloq xidmərləri də vardır.

Bağçanın həyətyanı sahəsində uşaqların oynamaları, məşğul olmaları üçün müxtəlif rəngli və ölçülü qurğular, oyuncaqlar (maşınlar, yelləncəklər, sürüşkənlər) quraşdırılmışdır.

Uşaqları gəzintiyə və evlərə aparmaq üçün “Leylək” Sizi avtobusla təmin edir.

Bağçada uşaqların ad günlərinin,təqvim bayramlarından-“Qızıl payız”, “Yeni il”, “Hovruz gəlir,yaz gəlir”, “Əlvida,bağşa”, “Salam məktəb” və digər şənliklərin yüksək səviyyədə keşirilməsi artıq ənənəyə çevrilib.

Tel.: 012 598-44-22

Leylək uşaq bağçası

Leylək uşaq bağçası

Leylək uşaq bağçası

Leylək uşaq bağçası
скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. Axşam.az-ın...

Ev heyvanı saxlamağın uşaq inkişafına xeyiri

Evdə heyvan bəsləmək yalnız böyüklər üçün faydalı deyil, eyni zamanda uşaqların inkişafına da böyük...

Körpə biskviti ilə kökəlmə (kökəlmək istəyənlər üçün)

Əziz xanımlar, aranızda arıqlamaq istəyənlərlə yanaşı, kökəlmək arzusunda olanlar da var. Bir çox...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.