Azərbaycanca По-русски In english
Oyuncaq seçərkən nəyi nəzərə almalısınız?

Oyuncaqlar övladınızın inkişafında əhəmiyyətli rol oynayır. Düzgün oyuncaq seçməklə siz körpənizin fiziki və psixoloji inkişafına mühim təkan vermiş olacaqsınız. Növbəti oyuncağı almamışdan öncə bir neçə məqama diqqət edin:

İlk növbədə oyuncaq övladınızın yaşına uyğun seçilməlidir. Bu həm onun inkişafına dəstək olar, həm də sağlamlığı üçün təhlükə yaratmaz;
Oyuncaqların üzərindəki istifadə və təhlükəsizliklə bağlı təlimatı diqqətlə oxuyun və əməl edin;
Bu yaş dövründə digər hissiyat kanalları tam hazır olmadığından körpəniz əşyaları ağzına aparmaqla tədqiq etməyi sevir. Diş çıxarma dövründə bu həvəs daha da artacaq. Bu səbəbdən oyuncaqları seçərkən xırda hissələrinin olmamasına diqqət edin. Diametri 5 sm-dən kiçik olan hər bir oyuncaq hissəsi övladınız üçün boğulma təhlükəsi yarada bilər;
Əgər oyuncağın işığı və səsi sizi qıcıqlandırırsa əmin olun ki. körpəniz də eyni hissləri keçirir, sadəcə bunu ifadə edə bilmir. Belə oyuncaqlar onun beynini həddən artıq stimullaşdırır və nəticədə yorğunluğa və ümumi narahatlığa səbəb olur;
Oyuncaqları mütəmadi qaydada nəzarətdən keçirin. Zədələnmiş və sınmış oyuncaqları dərhal kənara qoyun. Belə ki, zədəli və sınmış hissələr övladınızın sağlamlığı üçün daha bir təhlükə ola bilər.
Ev əşyalarından düzəltdiyiniz və hədiyyə verilən oyuncaqları da eyni qaydada nəzarətdən keçirin.Oyuncaq seçərkən nəyi nəzərə almalısınız?скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda fəaliyyət göstərən kitab satışı məntəqələrində məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan...

Uşağı kompüterdən ayırmağın 5 yolu

Neyləyək ki, uşağı televizorun, kompüterin qarşısından yığaq? Bu, valideynlərin çox tez-tez...

İntiharların əsas səbəbləri açıqlandı

Səhiyyə Nazirliyi intiharların əsas səbəblərini açıqlayıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki,...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.