Azərbaycanca По-русски In english
Bu gün son zəngdir

Bu gün son zəngdir
Azərbaycanda 2017/2018-ci dərs ili bu gün başa çatır. Bu münasibətlə ölkənin bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınır.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 2017/2018-ci tədris ilində IX sinfi 111 257, XI sinfi isə 83001 şagird bitirir.

2018/2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır.

Son zənglə əlaqədar iyunun 14-də Baş Polis İdarəsinin polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək və orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq. Həmçinin “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Ana bətnindəki uşaq valideynləri ilə zarafat etdi - Belə də olur...

Jared və Makelle Ahlin adlı cütlük ultrasəs müayinəsinin görüntülərinə baxdıqda şoka düşüblər. ...

Azərbaycan əsgərini sevindirmək istəyənlərə xoş xəbər: www.esgeremektub.com açıldı

Sərfəli, sürətli və peşəkar çatdırılma xidməti olan Mover.az daha bir sosial layihəsi ilə gündəmə...

Hamiləlik vaxtı vəziyyətinizi yüngülləşdirəcək 5 məsləhət!!

Məşhurların tanınmış məşqçisi və diyetoloqu Xarli Pasternakın tövsiyələrinə riayət etməklə siz...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.