Azərbaycanca По-русски In english
Uşaqlarda yerini islatma

Uşaqlarda yerini islatmaAilə olmaq bir çox adamın xəyalı, xoşbəxtlik verici bir faktdır. Lakin ailə olanda uşaqların çətinliklərini görməzlikdən gəlmək böyük problemləri də özü ilə gətirə bilir. Gecələr altını islatma problemi yaşayan uşaqlar şəxsiyyət inkişafı baxımından bu vəziyyətdən mənfi təsir görür. Özünə qapanan uşaq utandığı üçün bunu sirr olaraq saxlayır, yoldaşları ilə birgə yaxşı vaxt keçirtmir; yay düşərgələri, məktəb gəzintiləri kimi fəaliyyətlərdə iştirak etmir. İlk öncə problemin səbəbi müəyyən uşaqlarda altını islatmazdan əvvəl problemin səbəbinin təyin olunmasının lazımdır

“Əgər uşaq tualet “təhsili almış” və tualetini etməkdə bir problem yaşamırsa, altını islatma probleminin psixoloji səbəbdən ola biləcəyini düşünmək lazımdır. Boşanma, ölüm, çətin şərtlər altında yaşamaq, məktəbə yeni başlama kimi problemlər uşaqlarda gecələr altını islatmalarına səbəb olur. Altını islatma valideynlər üçün olduğu qədər uşaq üçün də olduqca çətin bir vəziyyətdir.

Gecələr altını isladan uşaq, özünü daha etibarsız, utanmış və narahat hiss edir. Qardaş qısqanclığına diqqət yetirilməlidir. Altını islatmayan kiçik qardaş qısqanclığına da diqqət yetirilməsi lazımdır, bu kimi vəziyyətlərdə ailəyə böyük məsuliyyətlər düşür. Evə yeni bir körpə gələndə ailə kiçik körpəyə daha çox diqqət ayırır və onu qoruyur. Axı yeni doğulan körpə həm də müdafiəsizdir. Beləcə uşaq özünü təcrid edilmiş hiss edə bilər. ”Əgər ailə dərhal altını isladan uşaqla maraqlansa, ailəsinin onu da çox sevdiyini düşünəcək. Ailə sevgi paylaşmasını tarazlıqda tutmalı, böyük uşaq və kiçik uşaq arasındakı paylaşmaları eyni etməli, bu problemin ortadan qalxmasına böyük ölçüdə köməkçi olmalıdır”

.Ailənin uşağa yanaşması necə olmalıdır?Gecələri altını islatma çox həssas bir vəziyyət olduğu üçün uşağa da həssas bir şəkildə davranmanin əhəmiyyətlidir. “Uşaqlarda qısqanclığa bağlı olaraq meydana gələn bu vəziyyətin hər kəsin başına gələ biləcəyini ailələr qəbul etməlidir. Altını isladan uşağı cəzalandırmaq da təsirsizdir, bunun yerinə problemi qəbul edib həll yolları axtarmaq lazımdır. Problemin həllinə istiqamətli olaraq bu davranışın altında yatan səbəblər olmalı və ortadan qaldırılmalıdır. Bu mənada bir psixoloqun fikirinə müraciət edilərək professional kömək alınması yardım edəcək. Ailələr bundan başqa səbirli olmalı və uşağa vəziyyətin düzəlməsi üçün zaman verməlidir. Çünki bu problemi yaşayan uşaqlar da ən azı ailələri qədər bu vəziyyətdən narahatdır və tezliklə həll olunmasını istəyirlər.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Körpəniz dayanmadan ağlayırsa

Corabın içində qalan bir tel saç, körpənizi bir cür sakitləşdirə bilməyəcəyiniz ağlamağına səbəb...

Apellyasiya Məhkəməsi ANS-lə bağlı qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio...

Bakıda işıqlar söndü: metronun bu stansiyalarına giriş bağlandı

"Metronun Bənövşəyi xətt "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarına giriş bağlanıb"....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.